Şrift:
Özbəkistanın xarici işlər naziri Əfqanıstan hökumətinin rəsmiləri ilə görüşüb
08.10.2021 [11:14] - Xəbərlər, Siyasət
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun rəhbərlik etdiyi nümayəndə heyəti Kabildə Əfqanıstan hökumətinin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib.

Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində Əbdüləziz Kamilov Əfqanıstan müvəqqəti hökuməti rəhbərinin müavini Molla Abdul Kabirlə və xarici işlər naziri vəzifəsini icra edən Mövlavi Əmir Xan Muttaki ilə görüşüb.

Görüşlərdə Özbəkistanla Əfqanıstanın yeni hökuməti arasında əməkdaşlığın yaradılması və inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Əfqanıstan tərəfi humanitar və digər yardımlara görə Özbəkistan hökumətinə minnətdarlıq edib, nəqliyyat, energetika, həmçinin ölkə ərazisində böyük infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Əfqanıstanın Məzari-Şərif şəhərinin Beynəlxalq hava limanının bərpa olunmasındakı köməyə, Özbəkistan-Əfqanıstan sərhədindəki keçid məntəqəsinin fasiləsiz işləməsinə görə Özbəkistana minnətdarlıq ifadə olunub.

Tərəflər yaxın vaxtlarda Özbəkistanın Termez şəhərində ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin yaradılması, “Surxan-Puli Xumri” elektrik xəttinin və “Məzari-Şərif – Kabil - Peşəvər” dəmir yolu layihəsinin tikintisi ilə bağlı müzakirələrin aparılması ilə bağlı razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed