Şrift:
İtaliyada karantin qaydaları yumşaldılır
08.10.2021 [11:20] - Gündəm, Sağlıq
İtaliyada karantin rejiminin qaydaları yumşaldılır.

Mədəniyyət və idman obyektlərində, eləcə də diskotekalarda tutumun artırılmasına dair yeni qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Belə ki, yeni qaydalara əsasən, oktyabrın 11-dən etibarən ölkədəki teatr, kinoteatr və mədəniyyət evlərində (yalnız ağ zonada) ümumi tutumun 100 faizinə, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə isə qapalı diskotekaların fəaliyyətinə icazə veriləcək.

Stadionlarda tamaşaçı tutumu 75 faiz, qapalı idman salonlarında oturacaqların doluluq nisbəti 60 faiz olmalıdır. Bu məkanlara girişdə “Yaşıl keçid kartı” (“Green pass” və ya vaksin sertifikatı) tələb ediləcək.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed