Şrift:
Rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi
08.10.2021 [11:34] - Gündəm, Sosial
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinin məşğələləri oktyabrın 9-da başlanacaq və hər şənbə günü (saat 12:00) “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək. Növbəti məşğələlərin mövzuları haqqında informasiya filialın saytına əlavə olaraq yerləşdiriləcək

MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbinə qeydiyyat üçün ali təhsil müəssisəsinin saytında göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər cümə günü saat 18:00-da bağlanır və hər şənbə günü saat 18:00-da açılır.

Qeydiyyatdan keçənlərin göstərdikləri e-mail ünvana hər məşğələdən əvvəl “Zoom” sisteminə giriş üçün məlumatın olduğu məktub göndəriləcək. “Zoom Launcher” əlavəsini kompüterə (və ya mobil telefona) əvvəlcədən yükləmək lazımdır.

Məşğələlər pulsuzdur. Qeydiyyatla əlaqədar bütün suallar v_sh@msu.az ünvanına göndərilir.
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed