Şrift:
Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir
08.10.2021 [11:42] - Xəbərlər, Mədəniyyət
Oktyabrın 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu xatırladıb. O, konfransın müvafiq Sərəncama əsasən təşkil edildiyini söyləyib və “Nizami Gəncəvi İli” çərçivəsində institutda görülən işlərdən söz açıb.

Konfransda “Tarixi Azərbaycan torpaqlarında türklərin məskunlaşması (görkəmli alim, akademik Ziya Bünyadovun əsərləri əsasında)”, “XIV-XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)”, “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, “Dünya ədəbiyyatının Nizami Gəncəvisi” və digər mövzularda məruzələr dinlənilib.
Bu xəbər oxucular tərəfindən 488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed