Şrift:
Venesiyadakı Azərbaycan icması ölkəmizin həqiqətlərini geniş kütlələrə çatdırmaq üçün sosial aksiya keçirib
11.10.2021 [08:53] - Xəbərlər, Siyasət
Şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsinin ildönümündə İtaliyanın Venesiya şəhərindəki Azərbaycan icması ölkəmizin həqiqətlərinin geniş kütlələrə çatdırılması məqsədilə sosial aksiya keçirib.

Venesiyada yaşayan azərbaycanlılar oktyabrın 10-da şəhərin ən izdihamlı yerlərindən biri olan Rialto körpüsünün yaxınlığında yerləşən S.Bortolomio meydanında keçirilən aksiyada İkinci Qarabağ savaşında Ermənistanın törətdiyi müharibə cinayətlərinə diqqət çəkib, düşmənin Gəncə və Bərdə şəhərlərində dinc əhalini bombalamasını 100-dən çox şəhər sakininə çatdırıblar. Üzərində QR kodlar olan oyuncaqların paylandığı aksiya maraqla qarşılanıb, sakinlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Venesiyadakı Azərbaycan icması müharibə dövründə də ermənilərin törətdiyi cinayətləri, Ermənistan ordusu və dövlətinin işğal etdiyi torpaqlara və ətraf mühitinə vurduğu ziyanı daha geniş auditoriyaya çatdırmaq üçün Venesiya, Padova, Roma, Siena kimi şəhərlərdə sərgilər və ictimai tədbirlər keçirib.
Bu xəbər oxucular tərəfindən 199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed