Şrift:
Davudoğlu rəsmi Tehranın tənqidlərinə cavab verdi
19.12.2012 [12:19] - Gündəm, Siyasət
“İran hakimiyyəti nüfuzundan istifadə edərək öz xalqına zülm edən Suriya rejiminə təsir göstərməlidir”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə ərazisində hava hücumlarından müdafiə sistemi yerləşdirilməsi ilə bağlı İran rəsmisinin tənqidlərini rədd edib. O deyib ki, İran hakimiyyəti bunun əvəzində nüfuzundan istifadə edərək öz xalqına zülm edən Suriya rejiminə təsir göstərməlidir. “Rəsmi Tehrandan istəyimiz Bəşər Əsəd rejiminə çox açıq və dəqiq mesaj verərək Suriyadakı zülmün dayandırılmasının təmin olunması üçün öz təsir gücündən istifadə etməsidir. İran heç bir təhrikedici xüsusiyyət daşımayan “Patriot” raketlərinin Türkiyə-Suriya sərhədinə yerləşdirilməsini tənqid etməməlidir. Əksinə davamlı öz xalqına zülm edən, hərbi-hava qüvvələrinin gücündən faydalanaraq soyqırım siyasəti həyata keçirən və dəfələrlə Türkiyənin sərhədlərini pozaraq təhrikedici addımlar atan Suriyadakı Bəşər Əsəd rejiminə “Dayan!” deməlidir. İranın artıq Əsəd rejiminə bu mesajları verməsinin vaxtı çatıb”.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed