Şrift:
Yaponiya saytı Prezident İlham Əliyevin Hadruta və Tuğa səfəri barədə məlumat yayıb
11.10.2021 [09:03] - Xəbərlər, Siyasət
Oktyabrın 10-da Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri barədə məlumat yayıb.

Azərbaycanın əsas informasiya agentliyi olan verilən məlumatda Azərbaycan Prezidentinin Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması öz əksini tapıb.

Yaponiya saytı dövlətimizin başçısının Xocavənd rayonunun ictimaiyyəti ilə görüşməsi və onlarla birlikdə Tuğ kəndinə getməsi barədə də məlumat verib.
Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed