Şrift:
Böyük Britaniyada mənzillərin qiyməti artıb
11.10.2021 [09:15] - Gündəm, İqtisadiyyat
Böyük Britaniyada mənzillərin qiyməti 7,4 faiz artıb.

Bu, son 14 ildə ən kəskin artım olaraq qeydə alınıb.

Mənzil maliyyələşdirmə təşkilatı Halifaks rəqəmlərin 2007-ci ildən bəri ən yüksək həddə qalxdığını bildirib. Təşkilat inflyasiya və vergilərin artması səbəbindən qarşıdan gələn dövrdə mənzil qiymətlərində artımın yavaşlaya biləcəyini açıqlayıb.

Mütəxəssislərin fikrincə, Britaniyada yeni növ koronavirus epidemiyası ilə əlaqədar tədbirlər tədricən yumşaldığına görə, istehlakçıların mənzilə olan tələbatında ciddi artım müşahidə edilib.

Xatırladaq ki, 2020-ci il iyulun 1-dən etibarən dəyəri 500 min funta qədər olan mənzil alqı-satqısının rəsmiləşdirilməsinə görə alınan gerb rüsumu (3 faiz) 1 il müddətinə tamamilə ləğv olunmuşdu. Güzəşt müddətinin cari il iyulun 1-də başa çatması isə mənzil alışlarının həcminə görünməmiş təkan verib. Nəticədə alıcılar təxminən 15 min funta qədər vəsaitə qənaət ediblər.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed