Şrift:
Özbəkistanın Xarici İşlər Nazirliyi Əfqanıstanda məsciddə törədilən partlayışla bağlı bəyanat yayıb
11.10.2021 [09:26] - Xəbərlər, Hadisə
Özbəkistanın Xarici İşlər Nazirliyi Əfqanıstanda məsciddə cümə namazı zamanı törədilən partlayışla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Özbəkistan Əfqanıstanın Kunduz şəhərində məsciddə törədilən, çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir, həlak olanların ailələrinə başsağlığı verir. Qeyd edilir ki, belə zorakılıq aktları Əfqanıstanda sabit və uzunmüddətli sülhün, milli birliyin yaranmasına maneçilik törədir.

Xatırladaq ki, oktyabrın 8-də cümə namazı zamanı törədilən partlayışda təxminən 100 adam ölüb, onlarca insan yaralanıb.

Terrorçuluq aktına görə məsuliyyəti “İslam dövləti-Vilayət Xorasan” terrorçu qruplaşması öz üzərinə götürüb.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed