Şrift:
İslam Manafov: Bu xalqın mənsubu olduğum üçün qürur duyuram
11.10.2021 [09:41] - Gündəm, Mədəniyyət
Böyük xalqlar böyük tarix yazır. Azərbaycanlılar da belə xalqlardandır. Qüdrətli dövləti, şanlı Ordusu, qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı ilə Zəfər çalan xalqdır azərbaycanlılar. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri də Vətəni, xalqı, dövləti uğrunda bir an belə düşünmədən canını fəda edən şəhidlərimizdir. Belə oğullarımız var olduqca heç kim bizə üstün gələ bilməz. Nə gözəl deyib şair: “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa Vətəndir”.

Bu fikirləri müsahibəsində Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafov ifadə edib.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin dünya tarixinin qəhrəmanlıq dastanlarından birinə çevrildiyini vurğulayan İslam Manafov deyib: “İkinci Qarabağ müharibəsi zəngin tarixi, mədəni irsi olan Azərbaycan xalqına yaraşan həqiqi bir dastan oldu. Yalnız ön cəbhədə deyil, arxa cəbhədə də göstərilən birlik, dövlətlə xalqın bir yumruq kimi birləşməsi hələ bundan sonra da əsrlər boyu dünya üçün gözəl bir nümunə olaraq qalacaq. Bu xalqın mənsubu olduğum üçün qürur duyuram. Bu Zəfər Mübarizlər, Polad Həşimovlar, Xudayarlar və neçə minlərlə qəhrəmanlar yetişdirən Azərbaycana yaraşan bir Qələbə oldu. Bu mübarizə uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Bütün Azərbaycanımıza “Gözün aydın, Zəfərin mübarək Vətən!” deyirəm”.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed