Şrift:
On minlərlə polyak ölkənin Avropa İttifaqının üzvü olaraq qalması üçün nümayişə çıxıb
12.10.2021 [10:08] - Xəbərlər, Siyasət
On minlərlə polyak ölkənin Aİ üzvü olaraq qalması üçün nümayişə çıxıb.

Bazar günü axşam saatlarında keçirilən nümayiş Aİ Şurasının keçmiş prezidenti və hazırda Polşanın aparıcı müxalifət təmsilçisi Donald Tuskun çağırışı əsasında baş tutub. Ölkənin müxtəlif yerlərində də etirazların əsas səbəbkarı Polşa Konstitusiya Məhkəməsinin Aİ hüququna dair qərarı olub.

Ölkənin müxtəlif regionlarında ümumilikdə yüz minədək insan Konstitusiya Məhkəməsinin yerli qanunların Aİ qanunvericiliyindən üstün olmasına dair qərarına etiraz edib və ölkənin İttifaq üzvlüyündə qalmasını tələb ediblər. Təkcə paytaxt Varşavadakı nümayişə 80 mindən çox insan toplaşıb. Qdansk, Poznan, Krakov, Şetsin və digər şəhərlərdəki etirazlarda əsas şüarlar “Biz qalırıq!“ və “Biz Avropayıq!” olub.

Varşavada nümayişçilər qarşısında çıxış edən Donald Tusk bildirib ki, hakimiyyətdə olan mühafizəkar Hüquq və Ədalət Partiyası (PiS) ölkənin Aİ üzvlüyündən çıxarılması üçün daha üstüörtülü fikirlər səsləndirmir.

Hökumət təmsilçiiləri Konstitusiya Məhkəməsinin qərarının ölkənin Aİ-yə üzvlüyü məsələsinə heç bir aidiyyatı olmadığını bildirsələr də, müxalifət rəsmi Varşava və Brüssel arasında yaranmış gərginlikdən öz elektoratını hökumətə qarşı səfərbər etmək üçün yararlanır.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed