Şrift:
Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunda iştirak etməyəcək
12.10.2021 [10:25] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək Serbiya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed