Şrift:
Sentyabrda Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanıb
12.10.2021 [10:30] - Gündəm, Bildiriş
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib ki, sentyabr ayında xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 863 müraciət daxil olub. Həmin müraciətlərdən 398-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Hesabat dövründə olduğu yer üzrə qeydiyyatla bağlı 465 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 170-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed