Şrift:
Böyük Britaniyada 11 enerji şirkəti iflas edib
15.10.2021 [09:57] - Gündəm, Hadisə
Britaniyanın enerji audit firması “Ofgem” “British Petroleum”un (BP) da 24 faizinə sahib olduğu “Pure Planet” və “Colorado Energy” adlı şirkətlərin fəaliyyətini dayandırdığını açıqlayıb.

Bu şirkətlərlə birlikdə sentyabrın əvvəlindən etibarən ölkədə iflas edən enerji şirkətlərinin sayı 11-ə yüksəlib.

İflasa uğramış 11 enerji şirkəti (“Avro Energy”, “Xalq Enerjisi”, “Greensupplier Ltd”, “Utility Point”, “Igloo”, “PFP Energy”, “Symbio”, “MoneyPlus Energy”, “Enstroga”, “Pure Planet” və “Colorado Energy”) Britaniya bazarında təxminən 2 milyon müştəriyə xidmət edirdi.

“Ofgem” iflasa uğramış “Pure Planet”in 235 min, “Colorado Energy”nin isə 15 min müştərisini alternativ enerji şirkətlərinə yönəldib.

“Ofgem” tərəfindən verilən açıqlamada, son həftələrdə dünya miqyasında təbii qaz qiymətlərinin artmasının enerji şirkətlərinə görünməmiş bir təzyiq göstərdiyi bildirilib.

Kommunal xərclərin yüksək həddə qalxması səbəbindən ölkədə sürətlə artan enerji xərclərini müştərilərinə birbaşa əks etdirə bilməyən enerji şirkətləri fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər.

Oktyabr ayında “Ofgem” firması enerji xərclərini 12 faiz artıraraq 1277 funt sterlinqə qaldırıb
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed