Şrift:
Fatma Ceren Yazqan: Azərbaycanın müstəqilliyinin təməlində güclü dövlət və millətin birliyi dayanır
18.10.2021 [11:05] - Xəbərlər, Siyasət
Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə ərazi bütövlüyünün bərpasının ildönümün eyni vaxtda qeyd etməyimizin böyük əhəmiyyəti var.

Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında söyləyib.

Səfir deyib: “Azərbaycan xalqı müstəqillik uğrunda çətin və şərəfli mübarizə aparıb, müstəqilliyini bərpa edib. Müstəqilliyi qoruyub saxlamaq çətin vəzifədir. Amma Azərbaycanın bu müstəqilliyinin təməlində dövlət və millətin gücü, birliyi dayanır”.

“Müstəqillik yolunda addımlamaq qarşıya çıxan maneələrlə mübarizə deməkdir. Müstəqillik və rifah üçün xalqına qürurlu həyat bəxş edən dövlət güclü dövlətdir. Azərbaycanı ürəkdən və böyük sevgi ilə təbrik edirəm”, - deyə, F.C.Yazqan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə güclənən Azərbaycanla qürur duyur.
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed