Şrift:
Xaçmazda poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibləri müəyyənləşib
18.10.2021 [11:19] - Xəbərlər, Hərb
Xaçmaz Olimpiya İdman Kompleksində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibləri müəyyənləşib.

Zəfər Gününə həsr olunan çempionatda 10 rayonu təmsil edən komandanın tərkibində 60 gənc qalib adı uğrunda mübarizə aparıb.

Birincilik çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilib.

İki gün davam edən yarışların açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Xaçmaz rayon gənclər və idman idarəsinin rəisi Elman Məmmədov yarışın əhəmiyyətindən danışaraq, komandalara uğurlar arzulayıblar.

Komandalar çempionatın proqramına uyğun olaraq 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma mərhələləri üzrə yarışıblar.

Çempionatın yekun nəticəsinə əsasən, Şabran komandası I yeri qazanaraq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibi olub. məktəbliləri Xızı II, Siyəzən komandası isə III yeri tutub.

İlk üç yeri qazanan komandalar final mərhələsində iştirak hüququ qazanıblar, qalib məktəblilər diplomlarla təltif olunublar.
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed