Şrift:
Daha bir iranlı deputatdan Azərbaycana qarşı sərsəm bəyanat: “Sionist rejiminin tələsinə düşməyin”
18.10.2021 [11:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün “İsna” agentliyinə açıqlamasında o, Azərbaycan Respublikası hökumətinə və onun rəhbərliyini ittiham edib.

Son vaxtlar İranla Azərbaycan arasında yaşanan gərginliyə toxunan deputat İbrahim Əzizi deyib ki, İran İslam Respublikası Azərbaycan xalqının hesabını bu ölkənin dövlət başçılarının hesabından ayırır:


“Biz bəzi qonşu ölkələrin dövlət başçılarına xəbərdarlıq edirik ki, uşaq öldürən içi boş sionist rejiminə aldanmasınlar və onun tələsinə düşməsinlər.

Bu gün biz Azərbaycanın düzgün qonşuluq prinsiplərinə söykənməyən bəzi davranış və hərəkətlərinin şahidi oluruq. Bu davranışlarda isə dinc yanaşı yaşamaq prisipindən əsər-əlamət yoxdur.


Azərbaycan Respublikasının dövlət adamlarının rəftar və davranışını bu ölkənin insanlarından ayırırıq.

Sözsüz ki, Azərbaycan rəhbərlərinin rəftarını bu ölkənin müsəlman və mömin insanlarının, eləcə də şiə məktəbinin aşiqlərinin adına yazmaq olmaz. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır".

İbrahim Əzizi rəsmi Bakıya xəbərdarlıq edib.


"Bizim isə əməldə gördüyümüz və şahidi olduğumuz, Azərbaycan başçılarının avantüra xatirinə etdiyi bəzi hərəkətlərdən başqa bir şey deyil.


Biz qonşu ölkələrə, o cümlədən də Azərbaycan başçılarına xəbərdarlıq edirik ki, uşaq qatili olan içi boş sionist rejiminə aldanmasınlar və onun qurduğu tələyə düşməsinlər.


Bu tələni amerikalılar və israillilər müsəlmanları bir-birinin canına salmaq üçün qurublar. Daha doğrusu, amerhikalılar müsəlman ölkələrinin həmişə bir-biri ilə üz-üzə durmasını istəyirlər.


Ölkə liderinin də dediyi kimi İsrailin ömrü başa çatmaqdadır və biz bu ölkənin tamamilə tənəzzülə və süquta doğru gerdiyinin şahidiyik.


Elə buna görə də hesab edirik ki, regiondakı bəzi ölkələrin bu saxta rejimə üz tutaraq ona söykənməsi düzgün deyil.

Bu iş sadəcə olaraq, çürümüş bir iplə quyuya düşmək deməkdir”, -deyə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası sədrinin müavini İbrahim Əzizi bildirib.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed