Şrift:
Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunacaq
19.10.2021 [09:31] - Gündəm, Sosial
Dünyanın ən qədim ulduz xəritəsi Londonda nümayiş olunac

Dünyanın ən qədim ulduz cədvəli olduğu düşünülən “Nebra” Londona gətirilib. Qədim disk Londondakı Britaniya Muzeyində (British Museum) nümayiş olunacaq.

Mütəxəssislər “Nebra” ulduz xəritəsinin təxminən 3600 il əvvəl hazırlandığını bildirirlər. Disk 1999-cu ildə Almaniyada tapılıb və XX əsrin ən əhəmiyyətli arxeoloji tapıntılarından biri hesab olunur. Disk 15 il ərzində ilk dəfə xaricə göndərilib.

Mavi və yaşıl rəngli, diametri təqribən 30 santimetr olan mis diskin fonunda Günəş, Ay, ulduzlar və digər səma rəmzləri qızılı rəngdə təsvir edilib.

Britaniya Muzeyi “Nebra”nı gələn il fevralın 17-dən iyulun 17-dək davam edəcək “The World of Stonehenge” adlanan sərgidə nümayiş etdirəcək.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed