Şrift:
Səfər Qaraqoyunlu: Türkiyə-Azərbaycan qardaşlığı tarixin müxtəlif dövrlərində özünü ən gözəl şəkildə büruzə verib
19.10.2021 [09:35] - Xəbərlər, Sosial
Qardaş Azərbaycanı müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik edirəm. Müstəqilliyin bərpası uğrunda yalın əllə tanklar qarşısına çıxan Azərbaycan xalqının bu qəhrəmanlığı 44 günlük Vətən müharibəsi dövründə də özünü büruzə verdi.

Bu sözləri müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.

Müstəqilliyin bərpası uğrunda 137 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyini xatırladan S.Qaraqoyunlu deyib: “Bu vəhşiliyin qarşılığında Azərbaycan xalqı daha da gücləndi, xalqın milli birliyi və həmrəyliyi ən üst səviyyəyə çıxdı. Bu birlik tarixi Vətən müharibəsində də özünü ən gözəl şəkildə göstərdi. Azərbaycan oğulları bir daha öz güclərini bütün dünyaya nümayiş etdirdilər”.

Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz qardaş Türkiyə olduğunu vurğulayan dərnək rəhbəri Türkiyə-Azərbaycan birliyinin əsrlərə dayandığını qeyd edib: “Bu qardaşlıq 1915-ci ildə Çanaqqala müharibəsində Azərbaycan oğullarının Türkiyə uğrunda canlarından keçməsi, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri işğaldan azad etməsi, tam bir il əvvəl Azərbaycanın Vətən müharibəsi kimi tarixin müxtəlif dövrlərində özünü ən gözəl şəkildə büruzə verib. Azərbaycan Qafqazın, eləcə də bölgənin parlayan ulduzudur. Ölkənin inam və sabitliklə inkişafı hər gün bir az daha heyranlıq və təqdirlə izlənilir ki, bu da qardaş Türkiyə üçün qürurvericidir. Bir daha can Azərbaycanı təbrik edir, müstəqilliyin əbədi olsun deyirəm”.
Bu xəbər oxucular tərəfindən 271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed