Şrift:
Milli Kitabxanada “Zəngilan – İşğaldan azad olundu!” adlı sərgi açılıb
20.10.2021 [11:13] - Xəbərlər, Mədəniyyət
Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.

Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir.

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasında “Zəngilan – İşğaldan azad olundu!” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed