Şrift:
DİN: Ötən gün 307 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
20.10.2021 [11:20] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 19-da Bakı şəhərində və respublikanın digər ərazilərində 74 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 59 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 18 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib.

COVID-19 pasportu olmadığına görə 307 nəfər toy şənliklərinə buraxılmayıb.
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed