Şrift:
Şərqşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
20.10.2021 [11:21] - Xəbərlər, Mədəniyyət
Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 100 illik yubileyinə həsr olunmuş “Ukrayna-Azərbaycan: mədəniyyətlər və sivilizasiyaların dialoqu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Onlayn konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı iştirak ediblər.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, Fərda Əsədov konfransda “Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin məktublarında (1920-1922-ci illər) bolşevik hakimiyyətinin imperiya təbiəti haqqında” mövzusunda məruzə edib.

Gülər Qafqazlı isə “Orta əsrlər Osmanlı arxiv materialları əsasında İrəvanın qısa tarixçəsi” mövzusunda məruzə edib. O, İrəvan sözünün etimologiyası, Osmanlı arxiv materialları və mənbələrində İrəvanın Azərbaycana mənsubluğu, toponimikası, əhalisi və s. haqqında məlumat verib. Məruzəçi, eyni zamanda, ermənilərin yanlış fikirlərini ifşa edib.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed