Şrift:
DİN: Ötən gün dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
20.10.2021 [11:29] - Gündəm, Sosial
Oktyabrın 19-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət məcəlləsinin 139-1-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə bir nəfər barəsində cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed