Şrift:
Qaxda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
20.10.2021 [11:31] - Xəbərlər, Siyasət
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Qax rayonunun igid oğulları – Ağçay kəndindən Seymur Məmmədlinin və Qax şəhərindən Təbriz Əliyevin şəhadətə yüksəlmələrinin bir illiyi ilə əlaqədar anım mərasimləri keçirilib.

Şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, ictimaiyyətin nümayəndələri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Mərasimlərdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Seymur Məmmədli Hadrut istiqamətində, Təbriz Əliyev isə Suqovuşanın azad edilməsi uğrunda şəhid olublar. Seymur Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, Təbriz Əliyev isə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed