Şrift:
Qazilərimizin döyüş yolu gənc nəslə nümunədir
20.10.2021 [11:47] - Xəbərlər, Mədəniyyət
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.

Kitabxanadan bildirilib ki, görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi fəal iştirak edib qazilərə suallar ünvanlandırıblar.

218 nömrəli orta məktəbin kitabxanaçısı Afət Mirzəyeva çıxışında qazilərimizlə daim fəxr etdiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimizi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd ediblər.

Vətən müharibəsinin qaziləri Rüstəm Məmmədov və Nəbi Baxşıyev isə döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıblar.

Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed