Şrift:
Beni Qants: “İran təhdidinin qarşısını almaq üçün hərbi büdcənin artırılması vacibdir”
20.10.2021 [11:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nazir İranın nüvə proqramındandoğan təhdidin qarşısını almaq üçün ordunun büdcəsinin artırılmasının zəruri olduğunu bildirib.

Qantsın məsələ ilə bağlı çıxışı, İsrailin “Şəbəkə 12” telekanalının İranın nüvə təsisatlarına qarşı mümkün hücum üçün İsraildə 1,5 milyard dollarlıq büdcə təsdiq edilməsi ilə bağlı məlumat yaymasından bir gün sonraya təsadüf edib.


O deyib ki, İsrailə qarşı ən mühüm təhdid, İranın nüvə və ballistik proqramıdır.


“Biz hazırda İranın uranı yüksək səviyyədə zənginləşdirməklə onun istədiyi təqdirdə nüvə silahı istehsal etməyə qadir olan bir ölkəyə çevrilməsinin şahidiyik. Biz isə bütün gücümüzlə bunun qarşısını almağa çalışacağıq.


Biz hücum və müdafiə qabiliyyətlərimizin üstünə sərmayə qoyuruq, öz texnoloji üstünlüyümüzü artırır, təmin edirik.


Biz, İranın qlobal və regional bir problem olmasına baxmayaraq, İsrailin hər zaman öz vətəndaşlarını təkbaşına qorumaq gücünə malik olmasından əmin olmaq istəyirik”, -deyə İsrailin müdafiə naziri Beni Qants Knessetdəki çıxışında bildirib.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed