Şrift:
Türkmənistanda ixrac-idxal əməliyyatları üçün “vahid pəncərə” layihəsi işə salınacaq
21.10.2021 [09:34] - Xəbərlər, Siyasət
Türkmənistanda qarşıdakı iki ildə “İxrac və İdxal Əməliyyatları üçün Vahid Pəncərə” layihəsi sınaqdan keçiriləcək. Layihənin istifadəsi 2023-cü ildə nəzərdə tutulub.

Layihə Türkmənistan Dövlət Gömrük Xidmətinin təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramı tərəfindən təşkilatın Ticarət və İnkişaf Konfransı ilə birlikdə həyata keçirilir.

Türkmənistanda "vahid pəncərə"nin məqsədi ticarət prosedurlarını, ixrac və idxal olunan yüklərin rəsmiləşdirilməsi və keçməsi prosesinin asanlaşdırmaqdır.

"Vahid pəncərə" sistemi "bir nöqtədən" müvafiq sertifikatların, icazələrin və lisenziyaların alınması da daxil olmaqla, ixrac-idxal əməliyyatlarının bütün zəruri prosedurlarını həyata keçirməyə imkan verən onlayn portaldır. Bu zaman yükün məlumatları və onun zəruri sənədləri bir dəfə daxil edilir ki, bu da portalda iştirak edən dövlət müəssisələrinin hərəkətlərində yüksək operativliyi təmin edir.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed