Şrift:
Güneyli qadın hüquqları müdafiəçisi ETTELAAT-a çağrılıb
21.10.2021 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Germi şəhərindən olan qadın hüquqları müdafiəçisi Pərisa Ciddi İran Kəşfiyyat İdarəsinin (ETTELAAT) yerli bölməsinə çağrılıb.

Oktyabrın 19-da telefon vasitəsilə Pərisa Ciddi ilə əlaqə saxlanılıb və ondan bir sıra məsələlərlə bağlı izahat verməsi üçün idarənin yerli bölməsinə getməsi istənilib.

Qadın hüquqları müdafiəçisi ETTELAAT məmurlarının təkrar zənglərinə cavab olaraq, yazılı çağırış göndərilmədiyi təqdirdə idarəyə getməyəcəyini bildirib.

Onun hansı məsələlərə görə çağrılması barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Cinayət Prosessual Məcəlləsinin 169 və 170 -ci maddələrinə görə, yalnız məhkəmə orqanı şəxslərin məhkəməyə çağrılması üçün yazılı çağırış verə bilər.

Məhkəmə orqanı tərəfindən telefon vasitəsilə çağırılma halında, bu Cinayət Prosessual Məcəlləsinin 175 -ci maddəsinə uyğun olaraq elektron icraat qaydaları çərçivəsində olmalıdır. Əks halda, qeyri-məhkəmə dövlət orqanlarının yazılı və ya şifahi çağırışlarının heç bir hüquqi qüvvəsi yoxdur.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed