Şrift:
Azərbaycanın iki şahmatçısı Avropa çempionatının qalibi olub
22.10.2021 [09:51] - Gündəm, İdman
Yeniyetmələr və gənclər arasında keçirilən Avropa çempionatında şahmatçılarımız uğurla çıxış edibl

Azərbaycan şahmatçılarından 18 yaşlı oğlanların yarışında Uğur İlyaslı, 16 yaşlı qızların yarışında isə Ayan Allahverdiyeva 9 turdan 7,5 xal toplayaraq Avropa çempionatının qalibi olublar. On səkkiz yaşlı qızların yarışında turnirin qalibi ilə eyni xalı (7 xal) toplayan Mələk İsmayıl isə əlavə göstəricilərə görə ikinci yeri tutub.

Digər şahmatçılarımızdan Kənan Qarayev (20 yaş, oğlanlar, 5 xal), Şiroğlan Talıbov (16 yaş, oğlanlar, 6 xal) 7-ci, Nərmin Abdinova və Səmra Qasımova (14 yaş, qızlar, 6,5 xal) müvafiq olaraq 4 və 6-cı, Səadət Bəşirli (10 yaş, qızlar, 6,5 xal) 3-cü, Yusif Kərimli (10 yaş, oğlanlar, 7 xal) 6-cı yerləri tutublar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edib.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub.
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed