Şrift:
Mədəniyyət naziri şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşüb
22.10.2021 [09:54] - Gündəm, Mədəniyyət
Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət naziri Anar Kərimov şəhid mədəniyyət işçilərinin ailə üzvləri ilə görüşüb.

Əvvəlcə nazirliyin şöbə müdiri Məryəm Qafarzadə şəhid mədəniyyət işçilərinə həsr olunmuş “Səhnədən səngərə” layihəsinin əhəmiyyətindən bəhs edib. Həmçinin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış mədəniyyət işçilərinin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Nazir Anar Kərimov şəhid ailələri və qazilərin daim dövlətimizin diqqət mərkəzində olduqlarını, nazirlik tərəfindən bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirib.

Nazir şəhid valideynlərinə müraciət edərək deyib: “Bu görüş bizim üçün həm də ona görə dəyərlidir ki, siz bizə şəhidlərimizin əmanətisiniz. Ən ali, müqəddəs duyğuları onlara məhz siz aşılamısınız, qəlblərinə mərdlik, sevgi toxumları səpmisiniz”.

Tədbir şəhidlərin doğmalarına Fəxri Diplomların təqdim olunması və nazir Anar Kərimovun onlarla masa ərafında səmimi söhbəti ilə davam edi
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed