Şrift:
Meksikanın cənub ştatlarına 25 milyard dollar sərmayə yatırılacaq
22.10.2021 [10:04] - Xəbərlər, İqtisadiyyat
ABŞ-ın cənubunda cəmləşən Meksikanın ən kasıb ştatlarına 2022-2024-cü illər ərzində 25 milyard dollar sərmayə qoyulacaq.

Meksikanın Xarici işlər naziri Marselo Ebrard, İqtisadiyyat naziri Tatyana Klutye və Meksikanın cənub ştatlarının nümayəndələrinin ABŞ-ın bu ölkədəki səfiri Ken Salazarla görüşündə ölkənin cənubunun inkişafı ilə bağlı tədbirlər planı müzakirə edilib. Meksikalı və amerikalı iş adamları tərəfindən qoyulacaq sərmayənin məqsədi bölgənin ixracatının keyfiyyətini artırmaqla yanaşı, iş yerlərinin yaradılmasını təşviq etməklə iqtisadiyyatın şaxələndirməsinə imkan yaratmaqdan ibarətdir.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed