Şrift:
Yeni Zelandiyada güclü zəlzələ Baş nazirin mətbuat brifinqində fasiləyə səbəb olub
22.10.2021 [10:14] - Gündəm, Hadisə
Oktyabrın 22-də Yeni Zelandiyanın iki böyük adasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə “Radio New Zealand” radiosu öz saytında məlumat verib.

İlkin olaraq yeraltı təkanların maqnitudasının 5,4 bal gücündə olduğu bildirilsə də, sonradan onun gücü qaldırılıb. Zəlzələnin episentrinin Şimal adasının mərkəzində, ocağının 207 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Yeraltı təkanların Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin Vellinqtonda keçirilən mətbuat brifinqində fasiləyə səbəb olduğu da bildirilir. Koronavirus pandemiyasına həsr edilən brifinq müəyyən fasilədən sonra davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed