Şrift:
Gürcüstan ərazisində növbəti dəfə zəlzələ qeydə alınıb
26.10.2021 [10:26] - Gündəm, Hadisə
Oktyabrın 25-də Gürcüstan ərazisində üçüncü dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 25-də saat 22:09-da Gürcüstanın Oni bələdiyyəsi ərazisində 3,2 bal gücündə zəlzələ baş verib. Məlumata görə, bundan əvvəl 01:52-də Rustavi şəhəri yaxınlığında da 3,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Daha biz zəlzələ isə oktyabrın 24-də gecə saatlarında Gürcüstan-Ermənistan sərhədində 4,4 bal gücündə olub.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed