Şrift:
Baş nazir: Polşanın hüquqi dövlətçilik problemi yoxdur
26.10.2021 [10:30] - Xəbərlər, Siyasət
Polşanın Baş naziri Mateuş Moravietski Brüsseldə keçirilən Aİ ölkələrinin zirvə toplantısını şərh edərkən bildirib ki, onun ölkəsinin hüquqi dövlətçilik problemi yoxdur və bir sıra ölkələr Polşada aparılan ədliyyə islahatlarını düzgün anlamayıblar.

Baş nazir ikigünlük zirvə toplantısında Polşanın ədliyyə islahatlarının mahiyyətini izah etdiyini bildirib. Hökumət rəhbərinin sözlərinə görə, ədliyyə islahatına dair diskussiyalar o həddə çatıb ki, artıq bir sıra hakimlər islahatlardan sonra fəaliyyətə başlayan hakimlərin statusuna tənqidi yanaşır və onları hökumətin siyasi təlimatı ilə hərəkət etməkdə günahlandırır: “Heç bir dövlət onun hakimlərinin avtoritet və qərarlarının sual altına salınması ilə razılaşa bilməz”. Çünki bu cür hallar bütün ictimai sistemdə xaosa səbəb ola bilər, insanlar milyonlarla məhkəmə qərarlarının əsassız olmasını fikirləşə və hüquqi sistemə şübhə ilə yanaşa bilərlər.

Baş nazir qeyd edib ki, Brüsseldə olarkən Polşanın hüquq islahatlarının davam etdiyini və onların bəzi elementlərini Avropa Komissiyasının gözləntiləri ilə tam üst-üstə düşdüyünü də ifadə edib.

Qeyd edilməlidir ki, Avropa Komissiyası Polşanı öz ədliyyə sistemini siyasiləşdirməkdə, eləcə də Avropa qanunvericiliyini yetərincə qiymətləndirməməkdə ittiham edir.
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed