Şrift:
Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb
26.10.2021 [10:51] - Gündəm, Bildiriş
Oktyabrın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubanın Qrız kəndində 23, Xınalıqda 16, Xaldanda isə 4 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 2, Xızının Altıağac qəsəbəsinə isə 1 santimetr hündürlüyündə qar yağıb.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 6 dərəcəyədək enib.
Bu xəbər oxucular tərəfindən 2456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed