Şrift:
Hakim vəzifəsi üzrə qəbul imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər
26.10.2021 [10:58] - Gündəm, Mədəniyyət
Hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilmiş linkdən noyabrın 4-dək istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, test imtahanı noyabrın 5-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed