Şrift:
Siciliya adasında sel fəlakəti nəticəsində ölənlərin sayı artır
27.10.2021 [10:14] - Gündəm, Hadisə
İtaliyanın Siciliya adasında sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.

Adada 3 gündür davam edən leysan yağışları daşqınlara səbəb olub, çox sayda avtomobil sel suları altında qalıb.

Aralıq dənizində nadir rast gəlinən “Medicane” qasırğasından ən çox zərərçəkən Kataniya şəhərində 2 nəfərin cəsədi tapılıb. Şəhərdə bir çox ev və iş yeri işıqsız qalıb. Kataniya və ətraf şəhərlərdə məktəblər bağlanıb.

İtaliya Mülki Müdafiə Agentliyi Siciliya və Kalabriya bölgələrində hava şəraitinin yenidən kəskinləşəcəyi barədə xəbərdarlığını edib.

Kataniyanın bələdiyyə sədri Salvo Pogliese Siciliyanın şərq bölgələrində görünməmiş fövqəladə hava hadisəsinin yaşandığını, vəziyyətin ciddi olduğunu bildirib. O, əhalini zərurət olmadığı təqdirdə evdən çıxmamağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed