Şrift:
İtaliyada COVID-19-a gündəlik yoluxma sayı yenidən dörd min nəfəri ötüb
27.10.2021 [10:18] - Gündəm, Sağlıq
İtaliyada son 24 saatda COVID-19-a yoluxanların sayı 4054 nəfər artaraq ümumilikdə 4 milyon 747 min 773-ə çatıb.

Ötən sutka ərzində ölkədə COVID-19-un qurbanlarının sayı isə 48 nəfər artaraq 131 min 904-ə yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə aktiv koronavirus xəstələrinin sayı 392 nəfər artaraq 75 min 46-ya çatıb. Virusdan sağalanların sayı isə 3613 nəfər artımla 4 milyon 540 min 823 olub. Reanimasiya şöbəsində olan xəstələrin sayı 341 nəfərdir.

Ötən 24 saatda ölkədə rekord sayda - 639 min 745 koronavirus testi icra olunub.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed