Şrift:
Litva Belarusla sərhəddə hasarın tikintisinin maliyyələşdirilməsində Aİ-nin iştirakına səy göstərir
27.10.2021 [10:20] - Xəbərlər, Siyasət
Litva Belarusla sərhəddə hasarın tikintisinin maliyyələşdirilməsində Avropa İttifaqının (Aİ) iştirakı üçün səy göstərməyə davam edəcək.

Bu sözləri Litvanın daxili işlər naziri Aqne Bilotayte “BNS” informasiya agentliyinə açıqlamasında söyləyib.

“Düşünürəm ki, biz bu istiqamətdə çalışmalıyıq. Bunun nə üçün vacib olduğunu göstərməli, əsaslandırmalıyıq. Buna baxmayaraq, hələ ki, heç bir qərar yoxdur, lakin biz artıq öz qərarımızı vermişik və mütləq hasar çəkiləcək. Hazırda hasarın inşası işləri gedir”, − deyə nazir Aqne Bilotayte agentliyinə açıqlamasında bildirib.

Qeyd edək ki, bu il Belarusdan Litvaya qeyri-qanuni yolla təxminən 4,2 minə yaxın miqrant gəlib.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed