Şrift:
Türkiyənin Bayraktar TB2 pilotsuz uçuş aparatları dünyanın 13 ölkəsinə ixrac ediləcək
28.10.2021 [10:43] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin müdafiə sənayesində milli texnologiyalar önçüsü olan Bayraktar TB2 pilotsuz uçuş aparatları artıq dünyanın 13 ölkəsinə ixrac ediləcək.

Bununla bağlı məlumat “Baykar” şirkətinin rəsmi tviter hesabında bildirilib.

Paylaşımda şirkətin daha bir ölkə ilə anlaşma imzaladığı haqqında məlumat verilir. Hərbi texnikanın ixrac edildiyi ölkələrin adlarının açıqlanmadığı tvitdə, yeni anlaşma ilə bu dövlətlərin sayının 13-ə çatdığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed