Şrift:
Bakının 12 rayonunda yollar yenidən qurulub
29.10.2021 [09:38] - Gündəm, İqtisadiyyat
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 kilometr olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, həmin müddət ərzində Nərimanov rayonunda uzunluğu 8,89 kilometr, Binəqədi rayonunda 12,9 kilometr, Suraxanı rayonunda 11,8 kilometr, Qaradağ rayonunda 6,6 kilometr, Xəzər rayonunda 16,3 kilometr, Xətai rayonunda 11,4 kilometr, Yasamal rayonunda 3,98 kilometr, Sabunçu rayonunda 5,7 kilometr, Nəsimi rayonunda 3,6 kilometr, Nizami rayonunda 5,5 kilometr, Səbail rayonunda 7,8 kilometr, Pirallahı rayonunda isə uzunluğu 2 kilometr olan yolların yenidən qurulması və təmiri həyata keçirilib.

Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed