Şrift:
“Azəriqaz” Siyəzəndə sahibkarların problemlərini dinləyib
29.10.2021 [09:39] - Gündəm, Bildiriş
Oktyabrın 28-də “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası baş tutub. Siyəzən rayonunda təşkil olunan aksiyada quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

İB-dən bildirilib ki, çıxış edən sahibkarlar səyyar qəbul otağının imkanlarından istifadə edərək öz problemlərini səsləndiriblər. Görüşdə “Azəriqaz” İB-nin baş direktorunun müavini Rəşad Cavadov, Birliyin digər struktur bölmələrinin rəhbərləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Siyəzən rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlarla keçirilən görüşün imkanlarından digər vətəndaşlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar. Birlik tərəfindən daxil olan müraciətlərin araşdırılması üçün bütün müraciətlər qeydə alınıb.

Qeyd edək ki, 3 aydır “Azəriqaz” İstehsalat Birliyi tərəfindən başlanılan “Açıq mikrofon” aksiyası vətəndaşların, eləcə də sahibkarların problemlərinin yerindəcə dinlənilməsinə və tez bir zamanda həll olunmasına xidmət edir.
Bu xəbər oxucular tərəfindən 2588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed