Şrift:
İtaliyada COVID-19-un qurbanlarının sayı 132 mini ötüb
29.10.2021 [10:06] - Gündəm, Sağlıq
İtaliyada ötən 24 saat ərzində COVID-19-un qurbanlarının sayı 50 nəfər artaraq 132 min 4-ə yüksəlib.

Ölkədə koronavirusa yoluxanların sayı isə 4866 nəfər artaraq ümumilikdə 4 milyon 757 min 231-ə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 570 min 335 test icra olunub. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 76 min 778 nəfərdir. Virusdan sağalanların sayı isə 3400 nəfər artaraq 4 milyon 548 min 449 olub.

2020-ci il dekabrın 27-dən bu vaxtadək İtaliyada COVID-19-a qarşı aparılan vaksinasiya prosesi çərçivəsində 89 milyon 432 min 820 nəfər peyvənd olunub. Hər iki doza peyvənd qəbul edənlərin sayı isə 44 milyon 622 min 437 nəfərdir.

Qeyd edək ki, Gimbe Fondunun araşdırmasına görə, ölkədə 7,5 milyon nəfər hələ də COVID-19 əleyhinə peyvənd olunmayıb.

Nihad Budaqov
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed