Şrift:
Səbail rayonunda şəhid Yusif Budaqovun xatirəsi anılıb
02.11.2021 [08:54] - Gündəm, Sosial
Bakının Səbail rayonunda Vətən müharibəsi şəhidi Budaqov Yusif Ramiq oğlunun ildönümü mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının nümayəndələri mərasimdə iştirak ediblər.

Partiyanın mətbuat xidmətindən bildiriblər ki, anım tədbirində şəhidin vətənpərvərliyindən, şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Yusif Budaqov oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed