Şrift:
Özbəkistanlı jurnalist: Türk xalqlarının qəlbində Qarabağ və Şuşa yarası var idi, ürəyimizdəki bu qubar yox oldu
02.11.2021 [09:33] - Xəbərlər, Sosial
Azərbaycan artıq mənim ikinci Vətənimdir. Bu gözəl diyara böyük sevgim və hörmətim var. Otuz il müddətində türk xalqlarının qəlbində Qarabağ və Şuşa yarası var idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı müqəddəs torpaqları azad etdi və bizim də ürəyimizdəki Qarabağ və Şuşa qubarı yox oldu.

Bu sözləri Özbəkistanın tanınmış jurnalisti, TÜRKSOY-un xətti ilə Azərbaycanda olan Abduvali Sayvnazarov deyib.

Jurnalist səfərin təşkili üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

Nümayəndə heyətinin tərkibində Özbəkistandan başqa Türkiyə, Qazaxıstan, Qırğızıstan və təbii ki, Azərbaycan jurnalistləri vardı. Qarabağa gedərkən yol boyu “Qarabağ Azərbaycandır” lövhələri ilə rastlaşırdıq. Tarixdən azca məlumatı olanlar bilirlər ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.

Abduvali Sayvnazarov deyib: “Ağdamda gördüklərimiz bizi heyrətləndirdi. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlar xarabalığa çevrilmişdi. Bu mənzərəni görmək üzücü idi. Evlər yerlə-yeksan olmuşdu, erməni vandallar məscidləri, tarixi binaları, məbədləri, muzeyləri, kitabxanaları dağıdıb və yandırıb. Yol boyu bir salamat bina görmədik. Bizə bildirdilər ki, ermənilər illərlə evləri sökərək tikinti materialı kimi satıblar”.

Bu da Şuşa! Adını çox eşitdiyimiz, ancaq üzünü görmədiyimiz qədim Şuşa şəhəri. Məndən olsa Şuşanın adını Qəhrəman Şuşa qoyardım, Türkiyədə Kahraman Maraş olduğu kimi. Şəhərdə bir çox bina bərpa olunub. Bunlardan biri də şair Molla Pənah Vaqifin dağıdılan məqbərəsidir . Şəhərə işıq, su çəkilib, məscidlər, kilsə və digər mədəni obyektlər bərpa edilir. Ərzaq mağazaları, çörək sexi və bankomatlar işləyir.

Videokadrlarda görmüşdük ki, ermənilər məscidlərdə mal-qara, donuz saxlayıblar. Biz Füzuli, Ağdam, Cəbrayılda olanda erməni vəhşiliyinin şahidi olduq. Vandallar hətta qəbiristanlıqları dağıdıblar. İşğalçılar məqsədyönlü şəkildə bu torpaqlarda türkün izini yox etməyə çalışıblar. Qəbiristanlıqlardakı qəbir daşları oğurlanıb. Salamat qalan bir qəbir belə yoxdur. Cəbrayılda insan qalıqları olan açıq qəbirlər gördük.

Jurnalist deyib: “Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonları tamamilə dağıdılıb, bu məkanlar ”xəyalət şəhərlər”ə çevrilib. Heç faşistlər belə vəhşilik törətməyib. Ağdamda 1500 qəbir dağıdılıb və talan olunub. Biz erməni vəhşiliyinin izlərini öz gözlərimizlə gördük. Vandallar hətta ölüləri belə təhqir ediblər. Beynəlxalq ictimaiyyət Ermənistanın bu vəhşiliyinə layiqli qiymət verməlidir”.

A.Sayvnazarov bildirib ki, Azərbaycan igid əsgər və zabitləri 44 gün ərzində öz torpaqlarını işğalçılardan azad etdi. Artıq bu torpaqlarda həyat qaynayır. Orada deyildi ki, bu torpaqların sahibləri hər çətinliyə razıdır, təki doğma evlərinə qayıda bilsinlər.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed