Şrift:
Avropa İttifaqı meşələrin qorunması üçün bir milyard avro ayırıb
03.11.2021 [09:34] - Xəbərlər, Sosial
Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib. “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.

"Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam", - deyə o bildirib. Fon der Lyayen həmçinin söz verib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək. "Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bazar günü işinə başlayan COP26 konfransı noyabrın 12-dək davam edəcək. Konfransda 200-ə yaxın ölkədən nümayəndə heyəti iştirak edir, onlardan 120-si ən yüksək səviyyədə təmsil olunur. Azərbaycan konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed