Şrift:
Naftalanda şəhidlərin portretləri ailələrinə təqdim edilib
03.11.2021 [09:36] - Gündəm, Sosial
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilən yürüşdə istifadə edilən portretlər Prezident İlham Əliyevin tapşırığına əsasən ailələrinə təhvil verilir.

Naftalanda şəhər İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə Naftalandan olan mülki və hərbi şəhidlərin portretləri ailələrinə təhvil verilib. Şəhidlərin ailələri ilə keçirilən görüşdə xalqın birliyinin təcəssümü olan “Anım Günü” yürüşünün Vətən müharibəsi şəhidlərinin ruhuna böyük hörmət və ehtiram olduğu vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed