Şrift:
Professor Aygün Attar: Ankarada keçirilən beynəlxalq konsert Qarabağ Zəfərinə layiq şəkildə başa çatıb
04.11.2021 [09:53] - Xəbərlər, Mədəniyyət
Ankarada keçirilən “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti Qarabağ Zəfərinə layiq şəkildə başa çatıb. Azərbaycana, Qarabağ Zəfərinə olan məhəbbətin timsalı olaraq salon dolu idi.

Bu fikirlərİ açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attar ifadə edib.

“Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti, onun təşkili, yaradıcı heyəti barədə müfəssəl məlumat verən, təəssüratlarını bölüşən professor Aygün Attar sevinməyin və qürurlanmağın Azərbaycan xalqının halal haqqı olduğunu diqqətə çatdıraraq deyib: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan haqlı olaraq Şuşanın tarixinə çox yaraşan bir Sərəncamla Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Bu gün burda - Türkiyə Prezident Aparatının Simfonik Orkestrinin möhtəşəm salonunda Şuşanın mədəniyyət paytaxtı olması həqiqətini musiqinin dili ilə bir daha bütün ictimaiyyətə çatdırırıq. Zəfərin mübarək, Azərbaycan! Gözümüz aydın olsun!”
Bu xəbər oxucular tərəfindən 327 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed