Şrift:
İranla nüvə danışıqları noyabrın sonunda bərpa olunacaq
04.11.2021 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları noyabrın 29-da yenidən başlayacaq.

Bu məlumatı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təsdiqləyib. Onun sözlərinə görə, Vyana danışıqları Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın sədrliyi ilə baş tutacaqdır. Danışıqlarda İranla yanaşı sazişi imzalamış ölkələrdən Almaniya, Fransa, Çin, Rusiya və Böyük Britaniyanın təmsilçiləri iştirak edəcəkdir. İran tərəfi də danışıqların bərpa olunacağına dair xəbərləri təsdiqləyib.

Rəsmi Vaşinqton da nüvə danışıqlarının ən qısa zamanda yenidən canlandırılmasında maraqlı olduğunu bəyan edib və İranın ciddi danışıqlara maraqlı olduğu halda sazişə geri dönüşün mümkünlüyü istisna edilməyib.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed