Şrift:
COP26 İqlim Dəyişikliyi Sammitinə etiraz olaraq eko-fəallar aksiya keçiriblər
04.11.2021 [10:14] - Gündəm, Hadisə
Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Sammitinə etiraz olaraq eko-fəallar aksiya təşkil ediblər.

Qlazqonun fərqli hissələrində müxtəlif qruplar tərəfindən etirazlar keçirilir.

“SSE” enerji şirkəti qarşısında keçirilən nümayiş zamanı iki fəal binaya zorla girməyə çalışarkən polislə toqquşmalar baş verib. Xəsarət alanlar var, beş nəfər həbs edilib.

Şotlandiya polisi ictimai təhlükəsizlik səbəbi ilə etirazçıları müşayiət edəcəklərini bildiriblər.

Qeyd edək ki, eko-fəallar noyabrın 5-də daha böyük yürüş təşkil edəcəklərini açıqlayıblar. Sözügedən yürüş Qlazqonun qərb ucundakı Kelvinqrov Parkında başlayacaq və şəhərin mərkəzindəki Corc Meydanında yekunlaşacaq.
Bu xəbər oxucular tərəfindən 1672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed